Главная » Tüklərin təmizlənməsi

Tüklərin təmizlənməsi

Tridinq

Tridinq – saplar vasitəsilə tüklərin aradan qaldırılmasıdır. Bu üsul dəri üçün ən zərərsiz üsullardandır,  çünki bu prosesdə dərini zədələyə biləcək mum və ya şuqarinq üçün pasta kimi materialların istifadəsinə ehtiyac yoxdur. Ustamız bədənin istənilən nahiyəsindən tüklərinizi maksimal tez və praktiki ağrısız şəkildə aradan qaldırır. Sap tükləri və dərinin qalınlaşmış hissələrini tutur, nəticədə isə bir prosedurda pilinq effektini də əldə etmiş olursunuz. Qısa müddət ərzində və praktiki olaraq, ağrı və xoşagəlməz hisslər keçirmədən, hamar və parlaq dəriyə sahib olursunuz.

Mum vasitəs ilə depilyasiya

Mum vasitəsilə depilyasiya – arzu olunmaz tüklərin aradan qaldırılması üçün ən effektiv metodlardan biridir.  Bu depilyasiya növünün üstünlüyü uzunmüddətli effektin əldə olunmasından ibarətdir. İsti mum vasitəsilə tükləri möhkəm tutaraq, kökləri ilə birlikdə aradan qaldırmaq mümkündür. Mum vasitəsilə depilyasiya bədənin istənilən nahiyəsində tətbiq olunur və Sizi arzuolunmaz tüklərdən uzun müddət azad edir. Nisa Beauty salonunun peşəkar ustaları prosedur üçün yüksək keyfiyyətli materialları və kosmetikanı istifadə edir ki, bu da hamar və gözəl dərinin əldə olunmasına yardım edir.