Главная » Saçların Boyanması

Saçların boyanması

Qadınlar tamamilə müxtəlifdirlər, lakin, bizim hamımızı bir istək – gözəl olmaq istəyi birləşdirir. Bəziləri üçün gözəllik – daimi dəyişkənlik, xarici görünüşlə müxtəlif eksperimentlər və obraz dəyişkənliyidir. Digərləri üçün isə gözəllik sabitlik, illər ərzində əldə edilmiş fərdi üslubun qorunub saxlanması deməkdir.

Nisa Beauty salonunda istəklərinizi dinləyərək, Sizə 100% uyğun olacaq gözəl saç çalarını yaradacaqlar. Saçların boyanması üçün yalnız salon təyinatlı peşəkar kosmetika xəttlərindən istifadə olunur: Macadamia, Keune, Loreal, Framesi. Tətbiq olunan materialların nadir tərkibləri və yüksək keyfiyyəti mükəmməl nəticə əldə etmək imkanının verir.

Klassik boya /ombre/ balayaj

Klassik boyama zamanı usta uyğun çaları ciddi şəkildə seçir və saçları bütün uzunluq boyunca boyayır.  Saçlarınız yeni rənglə parlaqlıq əldə edəcək, daha səliqəli və yumşaq olacaq, yenilənmiş rəng isə Sizə uzun müddət əminlik bəxş edəcək.

Orijinal saç boyaması mükəmməl rəng çalarlarını yaradacaq və saç düzümünüzə həcmlilik verəcək. Xüsusi balayaj və ombre texnikaları Sizin fərdiliyinizi qeyd edəcək və üslubunuza yenilik gətirəcək. Balayaj texnikası ayrı – ayrı saç tutamını daha kontrastlı rəng çalarına boyamaq imkanını verir ki, bu da saçlarınıza canlılıq və həcm bəxş edəcək. Ombre tam şəkildə saçlarını boyamaq istəməyən və ya saçlarının xanımlara uyğun gələcək.  

Saçlarınızın köklərini boyamaq vaxtı çatıb.

Saç köklərinin boyanması saçlarınızı tam şəkildə təkrar boyamadan uzanmış saçları uyğun rəng çalarına gətirmək imkanını verir. Saçlar kifayət qədər tez uzanır, hər 2-3 həftədən bir saç boyamaq isə bəzən alınmır. Məhz bu prosedur uzanmış saçların rəng probleminin həllinə yönəlmişdir. Həmçinin, biz saçların tündləşdirilməsi prosedurunu həyata keçiririk ki,  bu prosedurdan sonra saçlar maksimal şəkildə təbii və zövqlü görünür. Saçların boyanması üçün nəzərdə tutulmuş peşəkar və keyfiyyətli kosmetikanın istifadəsi saçlara qayğı göstərməklə, onlara parlaqlıq və təbiilik bəxş etmək imkanını verir.

Saçlarınızın rəngini açmaq istəyirsiniz?

İlin yay fəsli gəldikdə biz günəşli və işıqlı rənglərə  can atırıq. Məhz bu dövrdə saçların açıq rənglərə boyanması xanımlar arasında xüsusi tətbiq olunur.  Təbii effektin əldə olunması üçün peşəkar ustalarımız yüksək keyfiyyətli vasitələrdən və xüsusi texnikadan istifadə edir ki, bu texnika günəşin təsirindən saralmış  saç efektini yaratmaq imkanını verir. Saçlarınıza günəş şüalarının incə toxunuşunu bəxş edin.

Olaplex ilə qayğılı boyama

Peşəkar Olaplex qulluq kompleksi saçlarınızı zərərli kimyəvi və termik təsirlərdən qorumaq imkanını verir. Saçlar daha möhkəm və güclü olur ki, bu da boyama proseduru zamanı saç tellərinin zərif strukturunu qorumaq imkanını yaradır. Olaplex peşəkar qulluq kompleksi sayəsində saçlarınızın tez – tez boyanmasına baxmayaraq, onların daim parlaq və sağlam görünüşü təmin olunacaq.

Nisa Beauty salonunda Sizi xoş və rahat mühit, eləcə də, peşəkar və gülərüz ustalar komandası qarşılayacaq. Ustalarımız  sizin ideal obrazınızı yaratmaq üçün məhz Sizə uyğun olan boyaq növünü seçəcək və tövsiyə edəcəklər.