Kəsim və Saç Düzümü

Hamiya məlumdur ki, xüsusən də böyük şəhərdə özünüzə uyğun saç ustanızı tapmaq çox çətindir.Nisa Beauty salonunda Siz gözəl ustalarımızla – işlərinin əsl peşəkarları ilə tanış olacaqsınız. Onlar Siz uyğunsaç kəsimini seçməkdə və ya hər hansı tədbir üçün saç düzümünü yaratmaqda çətinlik çəkməyəcəklər. Dəbli kəsim və gözəl saç düzümü – ilin istənilən fəslində əsl möhtəşəm görünüşünüzü təmin edəcək amillərdir. Nisa Beauty salonunun ustalarına etibar edirn, onla isə Sizin imicinizi əsaslı şəkildə dəyişəcək. Çatışmayan cəhətləri aradan qaldıracaq və sizi yeni ideyalarla sevindirəcəklər.  Əgər Siz əsaslı dəyişiklikləri sevmirsinizsə, biz sizin istəklərinizə və zövqünüzə riayət edərək, fərdi üslubunuzu qoruyacağıq.

Saçınızı kəsdirmək qərarına gəlmisiniz?

Biz Sizə özünüzə fərqli baxmaq, dəyişmək və yeni dəbli obrazınızı yaratmaq imkanlarını verəcəyik. Klassik kəsim və ya isti qayçı ilə kəsim – qərar Sizindir. İsti qayçı ilə kəsim bir qədər artıq zaman tələb edir, lakin, qayçının yüksək temperaturu sayəsində Siz qırılan saç uclarını uzun müddət unudacaqsınız. Nəticəni qorumaq üçün hər 2 – 3 ayda bir dəfə təkrar proseduru həyata keçirin.

Saç düzümünü necə etmək lazımdır?

Müasir xanımın hər səhəri saç düzümündən başlayır. Lakin, zaman azlığı və ya peşəkar bacarıqların olmaması nəticəsində arzu olunan effekti əldə etmək çətin olur. Nisa Beauty salonunun stilistləri cəld əl hərəkətləri ilə sözə baxmayan saçlarınızdan gözəl saç düzümünü yaradacaq, düz saçlara isə həcm və havalı görünüş verəcəklər. Əldə etdiyiniz effekt Sizi gün ərzində sevindirəcək, buna sərf olunmuş vaxt isə gündəlik planlarınızı dəyişmək məcburiyyətində qoymayacaq.

Ziyafət/ Toy saç düzümü

Nisa Beauty  salonunun saç ustaları – stilistlərinin bacarıqlı əlləri Sizin saçlarınızdan mükəmməl həcmli zülflər (lokonlar), Hollivud dalğaları və ya incə buruqlar yaradacaq.  Təcrübəli mütəxəssislərin yaratdığı müxtəlif sağ düzümləri və üsulları mükəmməl obraz yaratmağa yardım edəcək.Stilistlərimiz Sizin bütün istəklərinizi diqqətlə dinləyərək, arzunuzu həyata keçirəcəklər.  Gözəl gəlinlərimizə ən mühüm gündə xoşagəlməz sürprizlərlə qarşılaşmamaq üçün sınaq saç düzümünü təklif edirik. Ustalarımız evdə servis xidmətlərini təqdim edirlər ki, bu da Sizə evdən çıxmamaq və salona tələsməmək imkanını verir. Nisa Beauty  ilə ideal ziyafət və ya toy obrazınızı yaradın.

Buruq saçları sevənlər üçün

Nisa Beauty salonunda saçların kimyəvi  üsulla burulması (zavivka) yolu ilə dəbli və gözəl obraz yaratmaq mümkündür. Xoş incə buruqlar, yaxud səlis saç dalğaları – seçim Siz edin. Burma prosedurundan sonra uzun müddət sahib ola biləcəyiniz hazır saç düzümünü əldə etmiş olursunuz. Hər səhər hazır saç düzümü ilə yuxudan oyanaraq, Siz saçlarınızın burulması və ya digər saç düzümünün yaradılmasına vaxt sərf etmək məcburiyyəti ilə üzləşməyəcəksiniz. Bu prosedurun effekti seçilmiş burma metodundan asılı olaraq bir aydan altı aya qədər mövcud olacaq.      

Cazibədar uzun saçlara sahib olmaq istəyirsiniz?

Saçların uzadılması xarici görünüşünüzü bir anda dəyişmək və tamamilə yeni obraz yaratmaq imkanını verir. Saçlarınızın təbii yolla uzadılmasında problemlərlə üzləşirsiniz, yaxud arzuolunan qalınlığa və həcmə nail ola bilmirsiniz? O zaman, bu prosedur məhz Sizin üçündür Saçların uzadılması üçün keyfiyyətli və peşəkar materiallar təbii saçlara zərər vurmadan təbii effekt əldə etmək imkanını verir.   Saçların uzadılması üzrə ixtisaslaşmış ustamız hər xanımın fərdi xüsusiyyətlərini nəzərə almaqla Sizi sevindirəcək nəticəni əldə etmiş olacaq. Sizi Bakının mərkəzində Nisa Beauty salonunda görməyimizə şad olacağıq. Evdə servis xidmətlərini sifariş etmək üçün telefon nömrələrimizlə əlaqə saxlaya bilərsiniz.