Saç Baxımları

Sağlam və gözəl saçlar – qadınların əsas silahıdır. Lakin, onların parlaqlığı və sağlam görünüşü üçün saçları kəsmək və boyamaq kifayət deyil. Yalnız yüksək keyfiyyətə malik kosmetik vasitələrin istifadəsi ilə həyata keçirilən peşəkar qulluq uzunmüddətli effektə və sağlam saçlara zəmanət verir.

Kerastase ilə qulluq

Peşəkar lyuks Kerastase markası özünə qulluq etməyi sevən heç bir xanımın diqqətindən kənar qalmayacaq. Əgər sizin üçün saçlarınızın sağlamlığı əhəmiyyət kəsb edirsə, mütləq qaydada adı gedən şirkətin  təbii komponentlərlə və yeniliklərlə zəngin nadir qulluq kompleksi ilə tanış olmalısınız. Əfsanəvi Fransa brendi saçlarınıza həyat qüvvəsini bəxş edəcək.

Loreal ilə qulluq

Loreal Professional seriyasından peşəkar qulluq saçlarınıza parlaqlıq və sağlam görünüş verəcək. kompleks terapiya və vasitələrin mərhələli şəkildə tətbiq edilməsi mükəmməl nəticəyə gətirrib çıxarır. Məhsulun balanslaşdırılmış formulu və tərkibi sayəsində Siz təbii parlaqlığa malik olan zərif, möhkəm və gözəl saçlara nail olacaqsınız.  Loreal ilə qulluq prosedurlarının başa çatmasından sonra Siz evdə qulluq ilə Nisa Beauty salonunda qulluq arasında mövcud fərqi  mütləq şəkildə hiss edəcəksiniz.

Macadamia ilə qulluq

Saçlara qulluq vasitələrinin təbii komponentləri saçların strukturunun bərpa olunması prosesində əhəmiyyətli rol oynayır. Məhz bu səbəbdən biz müştərilərimizə  Macadamia təbii kosmetika xətti vasitəsilə qayğılı qulluq prosedurunu təklif edirik. Bu kosmetik vasitələrin tərkibində saçların sağlamlığına və görünüşünə zərərli təsir göstərən parabenlər və sulfatlar yoxdur. Makadamiya qozu yağı, eləcə də, Arqan toxumlarının yağı saçlarınıza təbii gücü və parlaqlığı qaytaracaq.  Macadamia kosmetika xətti ilə eksklyuziv qulluq Sizi məhz Nisa Beauty salonunda gözləyir.

Native Base ilə keratinli qulluq

Saçların keratinli düzəlşdirilməsindən sonra  ideal effektə nail olmaq üçün xüsusi qulluq tələb olunur. Native Base Hollandiya brendi ilə ustalarımızın peşəkar yanaşması saçlarınıza incə qulluq göstərməklə onları bərpa etmək və keratinlə düzləşdirmənin uzunmüddətli effektini təmin etmək imkanlarını verəcək. Saçlarınızı ideal parlaq, düz və sağlam görünüşə  gətirmək üçün bir prosedur kifayət edir. Native Base – uzaq Şərq ölkələrindən təbii komponentlər və Avropanın alim və kosmetoloqlarından ən son yeniliklər deməkdir.

Olaplex ilə qulluq

Saçlara ultramüasir qulluq və kimyəvi və termik təsirlərdən kompleks müdafiə üçün nəzərdə tutulmuş məhsul. Olaplex – saçlara qulluq sahəsində innovasiyalı məhsuldur ki, onun sayəsində saçların boyanmasından sonra onların keyfiyyətində və görünüşündə əhəmiyyətli fərq hiss olunur.  Sözü gedən kosmetik vasitələrin nadir tərkibi və keyfiyyəti onların effektivliyinə şübhə yaratmır. Dünyada xanımlar tərəfindən bu kosmetik vasitələr haqqında bildirilən rəylər Olaplex ilə mükəmməl nəticənin əldə olunacağını bir daha təsdiqləyir.

Botoks qulluğu

Botoks istifadəsi ilə həyata keçirilən qulluq saçlarınızı bərpa etmək və onlara hamarlıq bəxş etmək imkanlarını yaradacaq. Bu prosedurun əsas məqsədi – saçların sağlamlığını bərpa etmək, onların məsaməliyini və qırılmasını azaltmaqdır. Nəticədə Siz daha hamar və zərif saçlara nail olursunuz. Saçlar üçün botoks saçların sağlam görünüşünə və strukturuna əhəmiyyətli təsir göstərir, eləcə də, saç düzümünüzü ətraf mühitin zərərli təsirlərindən qoruyur. Bu prosedur əksər sarışın xanımlara mane olan xoşagəlməz sarı çaları aradan qaldırmaq imkanını verir.

Saçların keraplastikası

Təbii keratin ehtiyatını bərpa etmək üçün nəzərdə tutulmuş və saçların sağlamlaşdırılmasına yönəldilmiş geniş yayılmış prosedurdur.  Xarici amillərin, fenlərin, saç ütülərinin, müxtəlif boyama və burma prosedurlarının təsiri nəticəsində saçlar onlara parlaqlıq, sağlamlıq və möhkəmlik  verən təbii keratin ehtiyatını itirir. Keraplastika proseduru keratinli düzləşdirmə zamanı tətbiq olunan staylersiz saçları keratinlə zənginləşdirmək imkanını verir. Bu üsul daha az müddətli effekt, lakin, daha faydalı qulluq  verir. Paul Mitchell peşəkar kosmetika xətti saçların sağlamlığı və strukturuna qayğı göstərir. Bu səbəbdən də, Nisa Beauty  salonunda keraplastika proseduru saç düzümünüz üçün maksimal faydalı olacaq.

Saçların laminasiyası

Saçların laminasiya proseduru demək olar ki, heç bir qadın üçün yenilik deyil, çünki onun faydasını dəyərləndirməmək olmaz. Paul Mitchell  peşəkar kosmetika ilə laminasiya möhkəmləşdirici və sağlamlaşdırıcı təsir göstərir. Hər bir saç telinin “lehimlənməsi” sayəsində ətraf mühitin – günəşin, küləyin, zərərli qazların mənfi təsiri saçların strukturunu pozmur. Saçların laminasiyası xarici amillərdən qoruyucu təsir göstərir ki, bu da saçların istənilən şəraitdə gözəl görünüşünü təmin etmiş olur.  

Saç maskaları

Saçlarınızı qidalandırmaq  tələb olunur? Yalnız kompleks qulluq və peşəkar kosmetik vasitələr saçlarınızı möhkəmləndirmək, onlara güc, sağlamlıq, canlılıq bəxş etmək imkanlarına malikdir. Təəccüblü olsa da, evdə qulluq prosesində saç maskalarına dəyər verilmir. Saçların qidalandırılması və nəmləndirilməsi üçün saç maskalarının tətbiq olunması  mütləqdir. Ev şəraitində maska düzəltmək və ya peşəkar və keyfiyyətli kosmetik vasitələrin tətbiqi ilə qulluq üçün Nisa Beauty salonuna getmək – seçim Sizindir. Biz Sizləri salonumuzda görməyə şad olacağıq, eləcə də, ev şəraitində sizlərə saçlara qulluq xidmətlərini məmnunluqla göstərəcəyik.

Ampulda qulluq

Daha dərindən qulluq və bərpa üçün müalicəvi təsir tələb olunur. Nisa Beauty  salonunda sizə saçların tökülməsi probleminin, eləcə də, digər problemlərin aradan qaldırılması üçün ampullarda müalicəvi terapiya təklif olunur. İntensiv təsir proseduru baş dərisinin vəziyyətinə müsbət təsir göstərir, həmçinin, saçlarla bağlı müəyyən problemlərin həllinə nail olmaq imkanını verir. Daha sağlam və güclü saçlar – reallıqdır. Maksimal effektin əldə olunması üçün ustalarımız ampullardan hazırlanmış tərkibi başınızın müəyyən hissələrinə tətbiq edir və preparatın daha yaxşı mənimsənilməsiüçün əlverişli şərait yaradır. Nəticədə bir neçə prosedurdan sonra daha sağlam və gözəl saçlar əldə etmiş olursunuz.

Keratinlə saç düzləşdirmə

Bir çox xanımlar arasında həddindən artıq geniş tələbata malik olan prosedurdur. Bu prosedur sizləri gündəlik saç düzləşdirmədən, yəni, hər gün saçlara termik təsir ehtiyacından azad edəcək. Nisa Beauty salonunun ustaları premium sinfə aid yüksək keyfiyyətli kosmetikadan istifadə edirlər. Adı gedən prosedurda tərkibində farmaldehid və parabenlər olmayan  Brasil kosmetikası tətbiq edilir. Keratin ilə saç düzləşdirmə saçlarınıza ideal hamarlılıq və mükəmməl parlaqlıq bəx edir. Effekt 5 – 6 ay ərzində sizinlə olacaq. Nisa Beauty salonunda müasir qadına lazım ola biləcək istənilən qulluq komplekslərindən yararlana bilərsiniz.