Masaj

Relaks masaj

Sakitləşdirici masaj sizi dünyəvi  problemlərdən uzaqlaşdıraraq, harmoniya və sükut atmosferinə qərq edəcək. Nisa Beauty salonunun masaj ustası bədəninizin hər hüceyrəsinə təsir göstərəcək bütün texnika və üsullara malikdir.  Salonumuzda qarşılaşacağınız xoş atmosfer sakitlik və rahatlıq hisslərinizi daha da dərinləşdirəcək. bu masaj növü xüsusilə də aktiv həyat tərzi sürən, çox hərəkətli, daim streslərlə qarşılaşan və günün sonunda həddindən artıq yorğunluq hiss edən xanımlara daha çox uyğun gələcək. sakitləşdirici masaj prosedurundan sonra siz özünüzü sanki yuxudan oyanmış kimi, tam dincəlmiş və qüvvəli hiss edəcəksiniz.

Dərin toxumaların masajı

Dərin toxumaların masajı – ən effektiv masaj texnikalarından biridir.  Onun mahiyyəti masaj ustasının müəyyən üsullarla dərin toxumalara təsir etməsidir ki, burada adətən birləşdirici toxumanın  sıxılmaları, düyünlənmələri və deformasiyaları əmələ gəlir. Bu masaj növü istənilən digər növdən əsaslı şəkildə fərqlənir, çünki o, müalicəvi effekt göstərir.  Peşəkar masajist asta və yumşaq hərəkətlərlə problemli hissələri işləyir və Siz masaj başa çatdıqda özünüzü əhəmiyyətli dərəcədə rahatlanmış hiss edəcəksiniz, problemli zonalarınız isə asta – asta bərpa olunacaq.  Bu masaj texnikası spazmalı əzələlərə malik olan xanımlara daha çox tələb olunur.

İsveç masajı

İsveç masajı  – dərin toxumalara ardıcıl təsir sistemidir ki, nəticədə əzələlərdə olan gərginlik və spazmalar aradan qaldırılır. Masaj ustası hər kiçik zonanı sillə, basma, dartma və sığallama hərəkətləri ilə dəqiqliklə işləyir və siz özünüzü rahat hiss edirsiniz. İsveç masaj texnikası klassik masaj növündən bədənin problemli sahələrinə prinsipcə daha möhkəm təsir etməklə fərqlənir. Bu prosedur yığılmış əzələlərinizi tamamilə rahatlamaq və diskomfortdan və gərginlikdən azad etmək imkanını verəcək. Isveç masajı belin müəyyən nahiyələrində ağrı hissi olan xanımlar üçün daha uyğundur.

Isti daşlarla masaj

İsti daşlarla masaj – unikal Çin masajı texnikasıdır.  Bu masaj növü əsrlər əvvəl tətbiq olunmağa başlamışdır. Onun müalicəvi xüsusiyyətlərini dyərləndirməmək olmaz, çünki xüsusi daş növü, optimal isitmə temperaturu və dəqiq təsir sayəsində orqanizmin hər bir hüceyrəsi rahatlanır və uzun müddətli  müsbət enerji almış olur. Bu masaj növü əzələləri rahatlamaq, ağrı sindromunu aradan qaldırmaq və ümumi əhvala müsbət təsir göstərmək imkanını verir. Sizi Nisa Beauty salonunda isti daşlarla möhtəşəm masaj prosedurundan həzz almağa dəvət edirik.

Tay masajı

Tay masajı – prosesə bütün bədəni cəlb edən spesifik məşqlərlər, burma, sıxma və dartma hərəkətləri ilə müşayiət olunan kompleks sağlamlaşdırma prosedurudur.  Texnika qan dövranının yaxşılaşdırılmasına və hər bir xanımın orqanizmində enerji axınının aktivləşdirilməsinə yönəlmişdir.

Bədəninizlə harmoniya hisini yaratmaq və orqanizminizdə bütün prosesləri qaydalaşdırmaq məqsədilə təcrübəli masaj ustamız cəld hərəkətlərlə enerji axınını lazım olan istiqamətə yönəldəcək.

Tay masajı – ölkəmizə nüfuz etmiş və təcrübəli mütəxəssislərimizin rəğbətini qazanmış mədəniyyətdir.

Şiatsu masajı

Şiatsu masajı ustalarımız tərəfindən ümumi sağlamlaşdırıcı və möhkəmləndirici masaj növü kimi tətbiq olunur. Masajist tərəfindən bədənin müəyyən hissələrinə nöqtəli təsiri gərgin əzələləri rahatlamaq, yığılmış sahələrə olan təzyiqi azaltmaq və bütün problemli yerlərə qan axınını normallaşdırmaq imkanını verir.

Yapon masaj texnikası Şiatsu oturaq həyat tərzi sürən, ofisdə işləyən və az hərəkət edən xanımlara xüsusilə tövsiyə olunur. Qeyd olunan həyat tərzi səbəbindən onurğada, bel və boyun  nahiyələrində mütəmadi ağrılar yaranır. Şiatsu masajının birinci seansından sonra Siz əhəmiyyətli dərəcədə fərq, yüngülləşmə və enerji axınını hiss edəcəksiniz.

Reflektor masaj

Reflektor masaj – bilavasitə daxili orqanlarl əlaqəli olan bədən nahiyələrinə xüsusi təsir texnikasıdır.  Əsrlər boyu bir çox xəstəliklərin müalicəsi üçün tətbiq olunan qədim şərq metodikasından bu gün hər kəs yararlana bilər.   Nisa Beauty salonunun masaj ustası bu texnikaya malikdir və bədənin müvafiq hissələrinə təsir etməklə müəyyən problemləri peşəkarcasına aradan qaldırır. Kompleks sağlamlaşma və bir çox konkret problemlərin həlli üçün salonumuza təşrif buyurun!

Lokal masaj

Lokal masaj bədənin müəyyən hissəsinin sağlamlaşdırılması və rahatlandırılması üçün nəzərdə tutulub ki, bu hissələrdə əzələlər daha çox yığılmış ola bilər və ya  ağrılar yarana bilər. Beləliklə, masaj ustası diqqətini bədənin müəyyən hissəsinə yönəldərək, problemli zonanı tam işləyir. Bu texnika normal əhvalınıza maneçilik törədən problemi tam və ya qismən aradan qaldırmaq imkanını verir.  Lokal masaj bədənin müəyyən nahiyələrində diskomfort hissi olan bütün qadınlara uyğundur (əgər onlar üçün masaj proseduru əks göstərilməmişdirsə).

Arıqlama masajı

Arıqlamaq üçün masaj – artıq çəki və sellülit ilə mübarizədə əsl yardımçıdır. Masajistin güclü və eyni zamanda incə əlləri sayəsində Siz artıq ilk seanslardan sonra əhəmiyyətli dəyişiklikləri hiss edəcəksiniz. Bu masaj növünün üstünlükləri –  yağ qatının azaldılması və toxumalarda maddələr mübadiləsinin normallaşdırılmasıdır. Sağlam və arıq bədənə sahib olmaq və dərinizin tonusunu qorumaq istəyirsiniz? Arıqlama üçün masaj və bükmə prosesi – məhz Sizə lazım olan prosedurlardır.