Manual Baxımlar

Gözəl və baxımlı üz – hər bir xanımın sağlamlığının başlıca göstəricisidir. Kosmetologiyada innovasiya metodları yaşlanma proseslərinin qarşısını almaqla, uzunmüddətli gənc görünüşü qorumaq imkanını verir. Cavan dəriyə də qulluq göstərilməlidir, lakin, gəcn xanımlarımızın dərisi üçün biz xüsusilə nəzərdə tutulmuş metodikaları və kosmetoloji vasitələri təklif edirik.  Nisa Beauty salonunda Sizə Bakı şəhərində tibbi təhsili olan tanınmış mütəxəssislərin həyata keçirəcəyi kosmetik prosedurların geniş seçimini təklif edirik.

Üz təmizləmə

Üz təmizləmə bütün qadınlar üçün ən aktual problemlərdəndir. Gənc xanımların dərisi qara nöqtələrin və səpmələrin əmələ gəlməsinə meyllidir, daha yaşlı dəri isə məsamələrin mütəmadi təmizlənməsinə və nəmləndirməyə ehtiyac duyur.  Nisa Beauty salonunda Sizlərə ən komfortlu şəraitdə müasir metodikaların və keyfiyyətli kosmetoloji vasitələrin istifadəsi ilə üz təmizləmə proseduru təklif olunur. Prosedurdan sonra Siz dərinizin mükəmməl təmizliyini və hamarlılığını hiss edəcəksiniz, və bu hisslər bir neçə həftə ərzində Sizi sevindirəcək. Yalnız kosmetoloqumuzun tövsiyə edəcəyi ev şəraitində düzgün qulluq adı gedən prosedurun effektini daha uzunmüddətli edə bilər.    

Üz dərisinə qulluq

Üz dərisinə qulluq bir neçə mərhələdə həyata keçirilir: təmizləmə,skrab, nəmləndirmə. Əvvəlcə kosmetoloq üzünüzü makiyajdan və digər çirklərdən təmizləyir, sonra isə ehtiyatla masaj xətti boyu skrab edir.  üz üçün qidalandırıcı maska dərinizi sakitləşdirəcək və tələb olunan vasitələrlə qidalandıracaq. Bu maska üzə tətbiq olunur və müəyyən müddətdən sonra təmizlənir. Fərdi olaraq dərinizin növünə görə seçilən krem  dərinizi nəmləndirəcək. Qulluğun son mərhələsi – bir çox dəri problemlərini aradan qaldıran işıq- diod LED maskasıdır. Peşəkar kosmetoloqun üzünüzə qayğılı və zərif qulluğundan əsl həzz alın.

Üzün aparat vasitəsilə iynəsiz mezoterapiyası

Üzün aparat vasitəsilə iynəsiz mezoterapiyası – incə dərini sağlamlaşdırmaq və yaşlanma proseslərinin qarşısını almaq üçün mükəmməl imkandır. Bu metod müəyyən səbəblərdən inyeksiyalı gəncləşdirmə metodlarını tətbiq etmək istəməyən xanımlar üçün ideal uyğundur. Aparat vasitəsilə mezoterapiya dəriyə xüsusi başlıqla təsir edir ki, bu başlıq vitamin tərkibinin epidermisin üst və orta qatlarına nüfuz etməsinə yardım edir. Bu prosedur bir çox problemlərin aradan qalxmasına səbəb olur: dərinin quruluğu, kiçik qırışlar, elastikliyin və tonusun itirilməsi, üzün sönük rəngi və sair. Arzuolunan nəticənin əldə olunması üçün aparat vasitəsilə mezoterapiya kursunu keçmək lazımdır.

Pilinq

Pilinq özünə qulluq edən hər bir xanımın həyatının ayrılmaz hissəsidir. Diqqət yetirin ki, ev şəraitində pilinq  salon prosedurundan əhəmiyyətli dərəcədə geridə qalır. Kosmetoloqun yüksək peşəkarlığı və keyfiyyətli kosmetik preparatlar mükəmməl effektə nail olmaq imkanını verir. Pilinqin məqsədi – dərini normal mübadilə proseslərinə maneçilik törədən ölmüş hüceyrələrdən təmizləməkdir. Dəriniz yeni tərzdə parlayacaq, daha sağlam, parlaq və hər bir xanım üçün zəruri olan gözəl tərzdə görünəcək.