Manikür və Pedikür

Klassik manikür və pedikür

Klassik manikür / pedikür dırnaqlara ən geniş yayılmış qulluq növüdür. Dırnaq servisi üzrə ixtisaslaşmıs usta qayğılı və ehtiyatlı şəkildə kutikulları, qalınlaşmış hissələri təmizləyir və dırnaq plastinin səliqəli formasını yaradır. Nisa Beauty salonunun mütəxəssisləri klassik kəsmə manikür / pedikür üçün yalnız əvvəlcədən sterilləşdirilmiş, xüsusi məhsullar və aparatlar vasitəsilə dezinfeksiya edilmiş keyfiyyətli alətlərdən istifadə edirlər. Dırnaq servisi ustalarımıza etibar edərək, rahat qoltuqda əyləşib, arxayınlıqla nəticəni gözləyə bilərsiniz.

Braziliya Maniküru və Pediküru

Braziliya maniküru / pediküru – dırnaqlara qulluğun nisbətən yeni növüdür, travmaları minimuma endirmək və əl və ayaqların dərisinin həssas hissələrinin zədələnməsinin qarşısını almaq imkanını verir. Bu texnika xüsusi kremin, əlcəklərin və portağal çöpünün istifadəsini nəzərdə tutur ki, manikür / pedikür proseduru bunların vasitəsilə həyata keçirilir. Mütəxəssislərimiz artıq dəri hissələrini maksimal dərəcədə qayğı və ehtiyatla aradan qaldırır ki, sizin üçün gözəl və formalı dırnaqlar yaratmış olsunlar.  Braziliya maniküru və pediküru –  klassik kəsmə maniküru / pediküru zaman narahatlıq keçirənlər üçün əl və ayaqlara qulluq üzrə ideal alternativdir.

Aparat ilə Manikür və Pedikür

Aparat vasitəsilə manikür / pedikür travma və kəsilmə riski olmadan dərinin qalınlaşmış hissələrini ehtiyatlı şəkildə aradan qaldırmaq imkanını verəcək. Usta frezer vasitəsilə tələb olunan hissələri işləyir ki, artıq və arzuolunmaz hissələri təmizləyərək, səliqəli dırnaq qatını yaratsın. Manikür / pedikürun aparat növünün əlavəüstünlüyü prosedurdan sonra dəri örtüyünün qısa müddət ərzində bərpa olunmasıdır. Salonumuzda Siz dırnaqlara yüksək keyfiyyətli qulluq prosedurlarından və dırnaqlarınızın yaradılan gözəl formalarından yararlanacaqsınız.

Kiçik xanımlar üçün Manikür və Pedikür

Salonumuzda kiçik xanımlar üçün manikür / pedikür xidmətləri təqdim olunur. Bu prosedurun spesifikası uşağın incə dərisi ilə çox ehtiyatlı və diqqətli davranış tələb edir. Nisa Beauty salonunun mütəxəssisləri yüksək keyfiyyətli servis təqdim etməklə, uşağınızla dostlaşacaq ki, bu da prosedurun kiçik xanım üçün tez və rahat keçməsinə şərait yaradacaq.