Makiyaj

Nisa Beauty gözəllik studiyasında son tendensiyalara riayət edən və istənilən tədbir üçün mükəmməl harmonik makiyaj yaratmaq iqtidarında olan peşəkar və kreativ vizajistlər çalışır. Biz yüngül və gözəçarpmayan gündəlik makiyajın, daha ifadəli və cəlbedici  ziyafət makiyajının, eləcə də, bütün gəlinlər üçün aktual olan toy obrazının yaradılması üzrə xidmətlərimizi Sizlərə təklif edirik. Yüksək keyfiyyətli premium kosmetikanın istifadəsi mükəmməl nəticəyə və dəriniz üçün zərərsiz olan davamlı makijayın yaradılmasına zəmanət verir.

Gündəlik makiyaj

Gündəlik makiyaj təbii olaraq, heç nəyə vaxt çatdıra bilməyən iş xanımı üçün gündəlik obrazın yaradılmasına yardım edəcək. Hər gün təbii və şux görünüşə malik olmaq mümkündür.  Nisa Beauty salonunda Siz qısa müddət ərzində iş günü üçün hazırlaşıb, işlərinizlə məşğul olmağa başlaya bilərsiniz. Müasir texnikaların və keyfiyyətli kosmetikanın tətbiqi sizə gözəl görünüş və xoş əhval bəxş edəcək. Artıq maşında, yolda bəzənməyinizə, yaxud zaman azlığı səbəbindən işə makiyajsız getməyinizə ehtiyac yoxdur. Salonumuzda işləyən ustalarımız Sizi peşəkarlıqları və sürətli işləmək bacarıqları ilə sevindirəcək.  

Gəlin Makiyajı

Xüsusən də hər hası görüş və ya mühüm tədbir gözlənilən halda hər bir xanım mükəmməl görünmək istəyir. İdeal üz tonuna, gözəl göz və dodaq makiyajına necə nail olmaq olar? Bu barədə narahat olmağa dəyməz – sadəcə olaraq salonumuza gəlin və biz Sizin ideal obrazınızı yaradacağıq. Həmçinin, Nisa Beauty  Sizlərə evdə qulluq servisini də təklif edir. Evinizə gəlib, mükəmməl obrazınızı, təbii və gözəl makiyajınızı ev şəraitində də yarada bilərik. Məşhur brendlərdən yüksək keyfiyyətə malik kosmetika və vizajistlərimizin peşəkar bacarıqları əsl möcüzələr yaradır. Gözəl olmaq üçün hər hansı tədbiri gözləmək lazım deyil – sevdiyiniz insanı gözəl və təbii makiyajınızla sevindirin və onun dəvəti ilə restoranda şam yeməyindən zövq alın.

Hər bir gəlin bu xüsusi gündə mükəmməl görünmək arzusundadır. Nisa Beauty salonunun vizajistləri Sizin arzuladığınız ideal gəlinlik obrazınızı yaradacaq. Zəngin iş təcrübəsi, peşəkar yanaşma, eləcə də, premium kosmetikanın istifadəsi nəticəsində gün ərzində gəlinə mükəmməl görünüş bəxş edəcək dayanıqlı obrazın yaradılması təmin edir.

Mobil servis xidməti usta – vizajistin evinizə gəlişini sifariş etmək imkanını verir.  Evinizdə gəlinlik obrazının yaradılması üçün komfortlu şərait və hər cür imkanları təqdim edirik. Bu cür təcrübə hazırda gəlinlər arasında kifayət qədər yayılmışdır. Əziz gəlinlərimiz, xüsusilə sizin üçün sınaq makija xidmətlərini təklif edirik ki, bu da toy mərasiminiz üçün ideal uyğun obrazı seçmək imkanını verəcək.

Permanent Makyaj

Permanent makiyaj hər gün, hər səhər və hər axşam gözəl görünmək imkanını verir. NisaBeauty  salonunun ustaları permanent makiyaj texnikasına peşəkar şəkildə malikdirlər. Bu növ makiyaj gündəlik obrazın üstünlüklərini qeyd etməklə, təbii və şux görünüş yaratmaq imkanını verir. Hər gün özünüz üçün bir neçə dəqiqə ayırın və permanent makiyaj ilə hər gün yuxudan gözəl olaraq oyanacaqsınız!