Главная » Kirpiklər və Qaşlar

Kirpiklər və Qaşlar

Kirpik və qaşlarınız həddindən artıq diqqət tələb edir? Onların qayğısını Nisa Beauty  salonunun ustalarına etibar edin. Biz peşəkar materiallar vasitəsilə kirpiklərin uzadılması, aradan qaldırılması və korreksiyası üzrə aktual xidmətlərimizi təklif edirik. Kirpiklərin laminasiyası proseduru incə kirpiklərinizi ətraf mühitin və kosmetikvasitələrin zərərli təsirindən qorumak imkanını yaradacaq. Qaşların mikrobleydinqi proseduru vasitəsilə qaşlarınız daha ifadəli  olacaq və dəbli qalınlıq əldə edəcək. salonumuzda Siz rahat gözəllik məkanında xoş ünsiyyətli atmosferlə qarşılaşacaqsınız.

Kipriklərin Qaynağı və Korreksiyası

Kirpiklərin uzadılması – əksər xanımların tətbiq etdiyi ən məşhur prosedurlardan biridir. Üstünlükləri nədən ibarətdir? Bu, bir sıra problemləri həll etməki mkanını verən universal xidmətdir. Birincisi, kirpiklərin uzadılması baxışı daha ifadəli və cəlbedici etmək deməkdir. İkincisi, kiçik kirpikli xanımlar üçün bu, arzuolunan sıx və həcmli kirpiklərə nail olmaq imkanıdır. Üçüncüsü, kirpiklərin uzadılması hər səhər kirpikləri tuş ilə boyamaq, hər axşam isə onları təmizləmək zərurətindən azad edir. Kirpiklərin uzadılması üzrə bu geniş yayılmış prosedur onların sonradan korreksiyasını, lazım olan zaman isə aradan qaldırılmasını nəzərdə tutur. Qeyd olunan bütün xidmətlər Nisa Beauty salonunda ustalarımız tərəfindən Sizlərə təqdim olunur.

Mikrobleydinq

Mikrobleydinq proseduru – qaşların gözəlliyi sahəsində əsl partlayışdır. Müasir dövrdə sıx və gözəl qaşlara sahib olan xanımlar azlıq təşkil edir, beləliklə də, bu prosedur bir çox xanımlarımız üçün aktualdır. Mikrobleydinq qaşların ilkin sıxlığından asılı olmayaraq, onlara ideal forma vermək imkanını yaradır. Peşəkar usta uyğun qaş formasını korreksiya edəcək və qaşlarınızı gözəl və dəbli formaya salacaq. Peşəkar apparaturanın və materiallarınistifadə edilməsi uzunmüddətli təbii effektin əldə olunmasına zəmanət verir.

Kirpiklərin Laminasiyası

Kirpikləri möhkəmləndirmək və onlara sağlam görünüş vermək üçün Nisa Beauty salonunun ustaları laminasiyası xidmətini müştərilərimizə təklif edir. laminasiyanın son mərhələsi kirpikləri ətraf təsirlərdən qorumaq imkanını verir ki, bu da onların vəziyyətinin yaxşılaşdırılmasına  və artımına yönəlmiş prosedurdur. Qeyd olunan prosedur tanınmış istehsalçılardan keyfiyyətli vasitələrin istifadəsi ilə həyata keçirilir, nəticədə mükəmməl və sağlam kirpiklərin əldə olunmasına zəmanət verilir.