Главная » İynə ilə Baxımlar

Üzün sap vasitəsilə dartılması

Üzün sap vasitəsilə dartılması  – cərrahi müdaxiləsiz yaş dəyişiklikləri ilə mübarizə aparmaq imkanını verən nadir tapıntıdır. Əgər mezoterapiya və biorevitalizasiya artıq üzünüzün müəyyən hissələrinə təsir etmək ixtidarında deyilsə, sap vasitəsilə dartma bu problemə qalib gələcək. Prosedurun prinsipi kosmetik sap vasitəsilə dəyişilmiş hissələrin korreksiyasından ibarətdir. Bu sap cüzi deşmə yolu ilə tətbiq edilir və tələb olunan zonayaya dartılır. Prosedurdan sonra üz ovalının korreksiyası, əhəmiyyətli liftinq effekt və gözəçarpan dərəcədə gəncləşmə qeydə alınır. Sapın tərkibi daxildən dəriyə müsbət təsir göstərir və heç bir fəsadlar törətmir.

Bioarmlaşdırma

Hialuron turşusu vasitəsilə bioarmlaşdırma turqoru bərpa etmək, dərini daha elastik və hamar etmək imkanını verir. Bu inyeksiya metodu qırışların, eləcə də, piqmentasiyanın aradan qaldırılmasına yardım edir. Gel tərkibli xüsusi inyeksiya texnikası tor şəklində həyata keçirilir. Preparatın daxil edilməsi zaman gel təsir etməyə və üzün müəyyən zonalarının dartılması üçün “karkas” yaratmağa başlayır. Bu prosedur təbii yaşlanma prosesi ilə əlaqədar bir sıra problemləri həll etmək imkanını verir. Prosedurdan sonra Siz gözəçarpan nəticə əldə edəcək və sallaq hissələrdən azad olacaqsınız.

Filler

Filler üz ovalının, çənənin və digər zəruri zonaların  cərrahi müdaxiləsiz korreksiyası üçün tətbiq olunur. Xüsusi maddə vasitəsilə qırışları aradan qaldırmaq, dodaqları böyütmək və onların formasını korreksiya etmək mümkündür. Tətbiq olunan maddə orqanizm tərəfindən tam mənimsənilir.  Nisa Beauty salonunda kollagen və hialuron turşusu əsasında fillerlər tətbiq olunur ki, onlar dərinin vəziyyətinə müsbət təsir göstərir və müəyyən xoşagəlməyən yerlərin korreksiyasını həyata keçirmək imkanını verir. Peşəkar yanaşma və istifadə olunan kosmetikanın yüksək keyfiyyəti  istədiyiniz nəticəni əldə etməyə və onu uzun müddət ərzində dəstəkləməyə yardım edir.

Mezoterapiya

Mezoterapiya–tərkibində vitaminlər, mikroelementlər, peptidlər, amin turşuları, antioksidantlar, bitki və embrional cövhərləri və dəri hüceyrələrinin normal fəaliyyəti üçün zəruri digər elementlər  olan preparatların dərialtı inyeksiyalarıdır. Bu prosedur istər gənc, istərsə də yaşa dolmuş xanımlar üçün uyğundur, prosedurun effekti isə uzun müddət sizləri sevindirəcək. Prosedur təcrübəli kosmetoloq  tərəfindən yüksək texnoloji preparatların tətbiqi ilə yerinə yetirilir. Nisa Beauty salonunda Siz cəmi bir seansa dərinizi sağlamlaşdıra biləcəksiniz.

RF Liftinq

RF – dərialtı piy toxumasına dərin təsir metodudur ki, bu da dartma effektinə nail olmaq, yəni, sürətli liftinq etmək imkanını verir. Prosedur dərini 40 – 42 dərəcəyə qədər isidən müasir aparat vasitəsilə həyata keçirilir ki, nəticədə dərinin dərin qatlarında müsbət dəyişikliklər baş verir. Bu prosedur sayəsində yaşlı xanımlar üz ovalını korreksiya etmək, onu daha möhkəmləndirmək imkanını əldə edəcəklər.С помощью такой процедуре зрелые дамы могут скорректировать овал лица, подтянуть кожу и сделать её более упругой. NisaBeautysalonunda RF liftinq – dəriyə tonus vermək və cərrahi müdaxilə olmadan üzünüzü təravətləndirmək üçün mükəmməl imkandır.

Miostimulyasiya

Üzün miostimulyasiyası  – sönük və sallaq dəriyə qarşı əsl mübarizədir. Kiçik və orta gücdə elektrik impulsların tətbiqi dərinin dərin qatlarında prosesləri bərpa etmək imkanını verir. Bunun sayəsində mübadilə proseslərinin bərpa olunması baş verir  və üzün sönük hissələrinə qan axını bərpa olunur.Elektrik impulslar qırışlara müsbət təsir göstərir, olnların kəskinliyi azalır, kiçik mimik dəyişikliklər isə tamamilə aradan qaldırılır. Miostimulyasiya bir neçə prosedur kursunu nəzərdə tutur ki, ilk dəyişikliklər 4 – 5 prosedurdan sonra müşahidə olunur. Nisa Beauty salonunda peşəkar kosmetoloqumuzun nəzarəti altında Siz bu prosedurdan yararlana bilərsiniz.  

Botoks

Qırışlara qarşı ən tez təsirli və effektiv vasitə – botoks inyeksiyalarıdır. Təcrübəli kosmetoloq tərəfindən tətbiq olunan xüsusi preparat əzələlərin müvəqqəti paraliçinə səbəb olur ki, bu da qırışların hamarlanmasına gətirib çıxarır. Bu inyeksiyalar yerli anesteziya altında yerinə yetirilir ki, prosedur müştəri üçün daha komfortlu şəkildə keçirilmiş olsun. Bu gəncləşdirmə növü qırışları əmələ gələn istənilən yaşda xanımlara uyğundur. Bəzilərində bu, 35 yaşda baş verir, digərlərində isə daha tez də müşahidə oluna bilər. Prosedurun effekti kifayət qədər uzun müddət ərzində davam edir, bu da gözəl və gənc görünüşün qorunmasına imkan yaradır.