Главная » Haqqımızda

NiSA Beauty Club’a 

Xoş Gəlmisiniz!


Nisa Beauty Club səliqəli və xoş mühit, böyük şəhərin mərkəzində, tam rahatlıq və harmoniya şəraitini bəxş edir. Studiyamıza gəlməklə Siz tamamilə fərqli bir dünyaya – gözəllik və həzz dünyasına qərq olacaqsınız. Ustalarımız – daim inkişaf etmək məqsədi ilə əlavə kurslarda, seminarlarda və sərgilərdə iştirak edən, hər zaman təkmilləşməkdə olan bacarıqlı peşəkarlar komandasıdır. Yeni əldə olunmuş biliklər mütəxəssislərimizə trenddə olmaq və müştərilərimizə ən yeni xidmət növlərini təklif etmək imkanlarını verir.

Əl və ayaqlarınızı səliqəyə salmaq istəyirsiniz?  Dırnaq servisi ustaları əl və ayaqların dərisinə qulluq üzrə tam xidmət spektrini təqdim edir. Klassik növdən Braziliya növünə qədər müxtəlif manikür və pedikür xidmətləri artıq olanları incə və qayğılı şəkildə təmizlənməsinə və dırnaqlarınızın lakın çəkilməsi üçün hazırlanmasına yardım edəcək. Sizin əlləriniz və ayaqlarınız mükəmməl qulluğa layiqdirlər ki, biz də bu qulluğu məmnunluqla göstərmiş olacağıq.

Oturaq işdən və az hərəkətli həyat tərzindən yorulmusunuz? Bir masaj seansı kifayət edəcək ki, siz yenidən özünüzü dincəlmiş, qüvvəli və enerjili hiss edəsiniz. Masaj texnikalarının böyük zənginliyi bu və ya digər problemin fərdi həll yolunu tapmaq imkanını verəcək. Qarşıda mühüm tədbiriniz gözlənilir? Saş düzümünüzə və makiyajınıza vaxt itirməyin. Peşəkar stilist və vizajistlərimiz Sizin ideal obrazınızı yaratmaq üçün zəngin biliklərə malikdirlər. Nisa Beauty Club da siz kosmetoloji xidmətlərin tam kompleksindən, vizajist və stilist xidmətlərindən, bədənə qulluq prosedurlarından, eləcə də, müxtəlif depilyasiya növlərindən yararlana biləcəksiniz.

Sevgilərlə,

Nisa Beauty Club 

NiSA Beauty Delivery’yə

Xoş Gəlmisiniz

Böyük şəhər – gözəl olmaqda böyük sınaqdır. Paytaxtın gündəlik sürətli həyat tempi şəraitində sanki heç nəyə vaxt çatdırmaq olmur. Müasir xanımın gün üçün planlaşdırdığı işlərin yarısı günün sonuna tamamlanmamış qalır. İş və gündəlik ailə qayğıları xanımın bütün vaxtını alaraq, onu özünə qulluq etmək imkanından məhrum edir. Zaman azlığı sağlamlığa, xarici görünüşə öz təsirini göstərir və əminsizlik hissi yaradır.  

Buna görə də məlum səbəblərdən evdən çıxa bilməyən xanımlar, analar və hamilə qadınlar üçün salonumuz evdə servis xidmətlərini təklif edir ki, bu da avtomatik olaraq sizi salona gəlmək məcburiyyətindən azad edir. Studiyaya zəng edib, yazılmağınız kifayətdir – peşəkar ustalardan ibarət komandamız bütün lazım olan ləvazimatlarla birgə evinizə gələcək. Müştrərilərlə evdə dörd illik iş təcrübəsi keyfiyyətli xidmətlərin göstərilməsi üçün salon mühitinə maksimal şəkildə uyğun gələn şəraiti yaratmaq imkanını vermişdir. Salonumuza təşrif buyurun və ya zəng edərək, evdə servis xidmətlərini sifariş edin.  

Sevgilərlə,

Nisa Beauty Delivery