Evdə Xidmət

Evdə servis xidmətləri getdikcə daha geniş tələbata malik olur, çünki hər bir müasir xanım böyük şəhərin sürətli ritmi ilə ayaqlaşmağa çalışır, nəticədə isə özünə qulluq etmək üçün zaman azlığı ilə üzləşir. Ev servisi göstərən mobil gözəllik salonu – Bakı şəhərinin salonlarında nisbətən yeni xidmət növü olmasına baxmayaraq, Nisa Beauty salonu 4 ildən artıq müddətdir ki, müştərilərinə evdə servis xidmətlərini təklif edir. Dörd ildir ki, biz keyfiyyətli salon xidmətlərinin evinizdə göstərilməsi üçün ideal imkanların yaradılması üzərində çalışırıq.  Əziz xanımlar, biz Sizin üçün – şəhərin gözəllik salonlarına getməkdə çətinlik çəkən, salonlarda müxtəlif preparatların qoxusu olan şəraitdə qala bilməyən hamilə xanımlarımız üçün çalışırıq və işləyirik. Biz evinizə gəlirik ki, körpələri olan, vaxtını uşaqlarına və həyat yoldaşına daha çox sərf etmək istəyən məşğul xanımların salona getmədəngözəl görünməsini təmin edək. salonlara yazılmaq üçün vaxtı olmayan biznes xanımları və ictimai şəxsiyyətlər mobil servis xidmətləri üçün bizə müraciət edə bilərlər, və biz gözəllik salonunu sizin evinizə, ofisinizə, restoran və ya otelinizə gətirəcəyik.

Evdən çıxmadan gözəl olmaq –  mümkündür və lazımdır!

Evdə servisin üstünlükləri xanımları bu növ xidmətlərdən yararlanmağa cəlb edir. Mobil servisin üstünlüklərini bilmək istərdiniz?

  • İlk növbədə – vaxtınıza əhəmiyyətli qənaət etmək imkanı. Siz dəyərli vaxtınızı yola sərf etmək, sonra isə geri dönmək məcburiyyəti ilə qarşılaşmırsınız. Nəzərə alsaq ki, müəyyən prosedurlardan sonra yol getmək də müəyyən diskomfort yaradır, evdə servis xidmətləri bu zaman da üstünlük təşkil edir.  Siz rahat ev şəraitinizdə qalmaqla, öz işlərinizilə məşğul ola bilərsiniz, ustamız isə dəvətinizlə evinizə gəlib, lazım olan proseduru yerinə yetirəcək, və Siz hazırlaşdığınız prosedura rahat şəkildə gedə bilərsiniz.
  • Rahatlıq və komfort müasir analar və hamilə xanımlar üçün beauty xidmətlərin alınmasında mühüm məqamdır. Evdə servis xidmətləri rahat ev şəraitinizdə qalmaqla arzu etdiyiniz salon xidmətlərindən yararlanmaq imkanlarını verir. Mobil gözəllik servisi uşağını tək qoymaq istəməyən analar üçün uyğun servisdir. Körpənizin yatdığı və ya oynadığı zaman Siz öz otağınızda salon servisi xidmətlərindən yararlanmış olacaqsınız.
  • Ustalarımızın peşəkarlığı və səriştəsi salonumuzun əsas üstünlüklərindən biridir. Təmiz və səliqəli Fillipin qızları evinizdə yüksək keyfiyyətli salon servisi xidmətlərini təqdim edəcəklər. Ustalarımız dil hüdudlarına malik deyillər,  bunun sayəsində də Siz rahat şəkildə ünsiyyət qura biləcəksiniz.
  • Evdə təklif etdiyimiz prosedurların müxtəlifliyi bilavasitə salon xidmətlərinə uyğun gəlir. Bizim mobil gözəllik salonumuz Nisa Beauty salonunda ustalarımızın istifadə etdiyi  bütün tələb olunan avadanlıqlara və keyfiyyətli materiallara malikdir.
  • Evdə servis xidmətlərin istifadə rahatlığı Sizdən heç bir qeyri adi hərəkət tələb etmir – sadəcə olaraq bizə zəng edin və Sizi maraqlandıran xidmət növünü sifariş edin. Müəyyən olunn vaxtda ustalarımız Sizin qeyd etdiyiniz ünvana gələcəklər.Hesablaşmaları da bilavasitə evinizdə prosedurun tamamlanmasından sonra həyata keçirirsiniz.