Главная » Dırnaqlara Qulluq

Dırnaqlara Qulluq

Gel – lakın çəkilməsi

Gel – lakın çəkilməsi manikür – pedikür qayğılarını uzun müddət unutmaq və gündəlik işlərinizlə məşğul olmaq imkanlarını verir. Yüksək keyfiyyətli materiallar çatı və cızıqsız uzunmüddətli nəticəyə zəmanət verir. Nisa Beauty salonu istənilən zövqə uyğun geniş çalarlar seçimini təklif edir. Dırnaq servisi ustaları manikür  və pedikürun ideal tamamlanması üçün dırnaqların ideal örtülməsini təmin edirlər.

Dırnaqların bioloji gel ilə möhkəmləndirilməsi

Dırnaqların bioloji gel ilə möhkəmləndirilməsi – nazik və qırılan dırnaqları olan xanımlar üçün əvəzolunmaz prosedurdur. Əgər dırnaqlarınız daim qatlara ayrılırsa və siz uzun, gözəl və sağlam dırnaq saxlaya bilmirsinizsə, bioloji gel ilə möhkəmləndirmə proseduru məhz Sizə lazım olan prosedurdur. Yumşaqlığı və plastikliyi sayəsində biogel təbii dırnaq plastininin səthinə çəkilir, beləliklə də, dırnaq səthini möhkəmləndirir, lakların və digər vasitələrin zərərli təsirindən mükəmməl şəkildə qoruyur.  Həmçinin, bioloji gel vasitəsilə ustalarımız dırnaqlarınızı bir qədər uzada bilərlər və ya müəyyən səbəblərdən deformasiyaya uğramış təbii dırnağın korreksiyasını həyata keçirə bilərlər.

Dırnaqların möhkəmləndirilməsi

Dırnaqların möhkəmləndirilməsi dırnaqlara qulluğun əvəzolunmaz hissəsidir, çünki müasir dövrdə gözəl, sağlam və uzun dırnaq saxlamaq çətindir.  Məhz bu səbəbdən də dırnaq servisi ustaları istənilən lakı çəkməzdən əvvəl dırnaq plastininin möhkəmləndirilməsini təklif edirlər. Beləliklə dırnaqlarınız daha möhkəm olacaq və ən əsas da, rəngli lak örtüyünün təsirindən qorunmuş olacaq. Prosedur dırnaqların strukturna və xarici görünüşünə yaxşı təsir göstərən xüsusi vasitə ilə həyata keçirilir.

Dırnaqların uzadılması və korreksiyası

Nisa Beauty salonu müştərilərinə dırnaqların uzadılması və korreksiya edilməsi xidmətlərini təklif edir. Yüksək keyfiyyətli və peşəkar materiallar vasitəsilə dırnaq servisi ustası istənilən zövqə uyğun dırnaq formasını və dırnaq plastinini yarada biləcək. Bu xidmət xüsusən də gəlinlərdə buraxılış gecəsinə hazırlaşan məzun xanımlarda və dırnaqlarını uzatmağa vaxtı olmayan, lakin, hər hansı mühüm tədbirə hazırlaşan xanımlarda tələbata malikdir. Nisa Beauty salonunda siz istər ilkin uzatma, istərsə də sonradan dırnaq korreksiyası xidmətlərindən yararlana bilərsiniz.  

Neyl Art

Nisa Beauty salonunda dırnaq servisi ustaları incə zövqə və yaradıcı fantaziyaya malikdirlər ki, bu da onlara istənilən mürəkkəb bədii təsviri yaratmaq imkanını verir. Dırnaqlarınızda incə bədii cizgilər vasitəsilə Siz obraz və üslubunuzu əsaslı şəkildə dəyişə bilərsiniz.  Eksperimentlərdən çəkinməyin. Yaradıcı fikirlərinizə sərbəstlik verin, ustalarımız isə Sizin ən cəsur fantaziyalarınızı həyata keçirəcəklər. İki – üç həftədən sonra Siz qərarınızı dəyişərək, tamamilə fərqli naxış seçə bilərsiniz – bədii təsvirin gözəlliyi də məhz bundan ibarətdir.