Главная » Bədən baxımları

Bədən Baxımları

Bədən skrabı

Bütün bədənin skrab – masajı – həddindən artıq faydalı və xoş prosedurdur. Ustamızın əllərinin incə qayğısını hiss edin. Onlar cəld və incə əl hərəkətləri ilə dərinizi yeniləyəcək, ona hamarlılıq və zəriflik bəxş edəcək.Masaj hərəkətləri ilə usta bədəni skrab kimi təmizləyir, qalınlaşmış hissəcikləri aradan qaldırır və beləliklə də, dərinizə nəfəs almaq və parlamaq imkanlarını verir. Dərinizin mükəmməl hamarlılığını və zərifliyini bərpa etmək üçün Nisa Beauty salonunda cəmi bir masaj seansı kifayət edəcək. Bədənin skrab – masajı – sağlam və gözəl dərinin əldə olunması üçün ilk addımdır.

Bükmə

Bükmə – sellülit ilə mübarizədə əsl tandem və yardımçıdır. Masaj ustasının zərif, lakin, eyni zamanda da güclü əlləri sayəsində artıq bir neçə seansdan sonra əyani nəticələrin şahidi olacaqsınız. Bu növ masajın üstünlükləri – yağ qatının azaldılması və toxumalarda maddələr mübadiləsininn normallaşdırılmasıdır. Sağlam və arıq bədənə sahib olmaq və dərinizin tonusunu qorumaq istəyirsiniz? Arıqlama üçün masaj və bükmə prosesi – məhz Sizə lazım olan prosedurlardır.