Aparat ilə Baxımlar

Biorevitalizasiya

Biorevitalizasiya – üzünüzü  tələb olunan nəmləndirmə, qidalandırıcı vasitələr ilə təmin etməkvə daxildən sağlamlaşdırmaq imkanını verir.  Bu prosedur ssayəsində mimik qırışlar aradan qaldırılır, dərinin hiperpiqmentasiyası azalır, mikrorelyef hamarlanır. Nəticədə Siz artıq birinci seansdan sonra sağlam  və parlaq dəriyə nail olursunuz. Hialuron turşusu və qidalandırıcı maddələrlə yüksək keyfiyyətli kosmetikanın istifadəsi dəriyə təsir göstərir və 6 ay ərzində davam edəcək mükəmməl effekt verir.

LED maska

Xrom- maska işıq-diod LED maskası – bu, cari ilin ən gözləntili trendi və kosmetologiya sahəsində əsl partlayışdır. Müxtəlif gücdə işıq – diodlar və işıq vasitəsilə fotodinamik terapiya yeniyetmə dövrü ilə və ya təbii yaşlanma prosesi ilə əlaqədar bir çox dəri problemlərini həll etmək imkanını verir. Prosedur mübadilə proseslərinə müsbət təsir göstərir, hüceyrələrin bərpasını  və qan dövranını aktivləşdirir. İşıq dalğaları kosmetik vasitələrin faydalı komponentlərini dərinin dərin qatlarına nüfuz etdirir. Nisa Beauty salonunda mütəxəssislərimiz Sizi konsultasiya edəcək və tələb olunan LED maska növünü təyin edəcəklər.

Üzün aparat vasitəsilə masajı

Üzün aparat vasitəsilə masajı Nisa Beauty yüksək keyfiyyətli müasir aparat vasitəsilə həyata keçirilir.  Bu, dərinin görünüşünə və vəziyyətinə müsbət təsir göstərən həddindən artıq faydalı prosedurdur. Aparat vasitəsilə masaj xanımın üz ovalını korreksiya etmək, möhkəm və elastik dəriyə sahib olmaq, mübadilə proseslərini bərpa etmək və üzün istənilən nahiyəsinə qan axınını təmin etmək imkanlarını verir. Bu metod inyeksiya prosedurlarına ideal alternativdir, effekt isə ən kaprizli xanımları da sevindirəcək. Masaj kursu dərinin vəziyyətini gözəçarpan dərəcədə yaxşılaşdırmaq, onu dartmaq və kiçik qırışları aradan qaldırmaq imkanını verəcək. Bundan əlavə, sağlam üz rəngini və hamar üz konturunu əldə etmiş olacaqsınız.

Karboksiterapiya

Karboksiterapiya daha yaşlı xanımlara cavanlıq eleksirini bəxş edir. Prosedur dərinin qidalandırıcı maddələrlə, oksigen və vitaminlərlə zənginləşdirilməsinə,  bilavasitə qırışların əmələ gəlməsinə təsir edən kollagen və elastan sintezinin aktivləşdirilməsinə yönəlmişdir. Karbon qazı ilə inyeksiyalar tamamilə zərərsizdir və mübadilə proseslərinin stimulyasiyası və təbii kollagen ifrazı üçün faydalıdır. Dərinizə ikinci nəfəs verin, onu zəruri elementlərlə və oksigenlə zənginləşdirin, nəticədə isə mükəmməl  dəriyə sahib olacaqsınız.

Mikrodermabraziya

Mikrodermabraziya gəncləşdirici, qabıq təmizləyici və tonus effektlərini verir. Bu prosedur ölmüş hüceyrələri aradan qaldırmaq və üzün təbii rəngini bərpa etmək imkanını verir. Dərinin dərindən təmizlənməsi və təzələnməsi müxtəlif diametrli  mikrohissəcikli almaz başlıq vasitəsilə həyata keçirilir. Ölmüş hüceyrələr aradan qaldırılır və bununla da dəri yeni qüvvə ilə nəfəs almağa və parlamağa başlayır. Prosedur yaşa dolmuş xanımlarda sağlamlaşdırıcı və gəncləşdirici effekt verir.  Nisa Beauty salonunun raha və xoş mühiti kosmetoloqumuz tərəfindən prosedurun rahat həyata keçirilməsinə yardım edir.

Darsonval

Darsonval  – istər gənc, istərsə də yaşlı xanımlarda çoxsaylı dəri problemləri ilə mübarizə aparmaq imkanını verən universal aparatdır. Bu prosedurun prinsipi dəriyə təsir edən və sağlamlaşdırıcı effekt verən elektrik impulslarına əsaslanır. Dərinin quruluq problemini həll etmək – Darsonval ilə mümkündür, akneləri aradan qaldırmaq – Darsonval ilə mümkündür, üzün təbii rəngini bərpa etmək, iltihabı prosesləri  azaltmaq, şişkinlikləri aradan qaldırmaq – bütün bunlar Darsonval aparatı vasitəsi ilə mümkündür. Nisa Beauty salonunda Siz dərinizi sağlamlaşdırmaq və dəri problemlərinizin həlli üçün peşəkar yardım almaq imkanlarından yararlanacaqsınız.