Əl və  Ayaq

Əllərinin və ayaqlarının vəziyyətinə diqqət yetirən və onlara daim qulluq edən xanım hamı tərəfindən bəyənilir. Əl və ayaqların incə, nəmləndirilmiş dərisi və gözəl manikür / pedikür – hər gözəl xanımın əsas məqsədlərindəndir. Nisa Beautysalonunda Siz əl və ayaqlarınıza qulluq üzrə kompleks xidmətlərdən yararlana biləcəksiniz.  Relaks və həzz atmosferinə qərq olun və özünüzü rahat və komfortlu hiss edin.

Dırnaq servisi ustaları əl və ayaqların dərisinə qulluq üzrə tam xidmət spektrini təqdim edir ki, bunlardan hər biri istənilən xanımın tələbatlarına cavab verəcək. Gel – lak ilə ideal boyama və ya kreativ naxış Sizin barmaqlarınıza gözəllik verəcək. Həmçinin, biz dırnaqların uzadılması xidmətlərini də təklif edirik ki, bu xidmət sayəsində bir neçə saat ərzində effektiv manikür əldə etmiş olacaqsınız. Dırnaq servisi və əl / ayaqlara qulluq üçün yüksək keyfiyyətli materialların istifadəsi mükəmməl effektin əldə olunmasın yardım edir. Biz Sizin gözəlliyinizi düşünürük – bu, bizim peşəmizdir və biz öz peşəmizə 100 % bağlıyıq!

Əl və ayaqlara qulluq üzrə xidmətlərin tam siyahısı ilə tanış olmaq üçün Sizi maraqlandıran bölməyə daxil olun.

Hands & Feet
Manikür və Pedikür
Nisa Hand and Feet Care
Əl və Ayaq Qulluqları
Dırnaqlara Qulluq