Əl və ayaqlara qulluq

Əl və ayaqlara parafin terapiyası

Əl və ayaqlara parafin terapiyası – əl və ayaqların quru, çatıları və ağrı hissləri  olan dərisi üçün əsl panaseyadır. Bu qulluq metodu həddindən artıq faydalı olmaqla yanaşı, həmçinin, fantastik dərəcədə xoş metoddur. Termik təsir və xüsusi tərkib sayəsində parafin asta – asta hər hüceyrəni əhatə edir və əl və ayaq dərisinin yüksək keyfiyyətli gəncləşdirmə, qidalandırma, möhkəmləndirmə və bərpa prosedurundan  həzz almaq imkanını verir.

Əl və ayaqlara spa – qulluq

Əl və ayaqlara spa – qulluq dərinin vəziyyətinin yaxşılaşdırılmasına, nəmləndirilməsinə və qidalandırılmasına yönəldilmiş prosedurlar kompleksidir. Birinci mərhələ – qalınlaşmış hissələri ehtiyatlı şəkildə aradan qaldıran və qan dövranını yaxşılaşdıraraq, dəriyə təravət və parlaqlıq bəxş edən skrab – qulluqdur. İkinci mərhələ  – əl və ayaqların dərisini dərindən qidalandıran maska – bükmədir. Proseduru əl və ayaqların kremlənməsi və masajı tamamlayır ki, bu da spa – qulluqdan sonra dərini yumşaltmaq və sakitləşdirmək imkanını verir.

Əl və ayaqlara VIP qulluq

Müştərilərimizə əl və ayaqlara VİP sinif kompleks qulluq xidmətlərini təklif edirik. Bu, möhtəşəm Alessandro kosmetikasının istifadəsi ilə mükəmməl qulluqdur. Sözü gedən prosedur əl və ayaqların dərisini tam bərpa etmək və dəriyə körpə dərisinin incəliyini və yumşaqlığını bəxş etmək imkanını verəcək. Skrabların, yağların, maskaların, kremlərin və digər yardımçı vasitələrin mərhələli şəkildə istifadəsi əl və ayaqların dərisini cəmi bir prosedurdan sonra tamamilə yeniləyir.  Nisa Beauty salonunda özünüzü VİP sinfə aid insan kimi hiss edin.